Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Yanvar 2021 21:00
2020-ci ildə Azərbaycanın Çinlə apardığı ticarət mübadiləsinin həcmi 1 846 585,02 min ABŞ dolları təşkil edib ki, bu da 2019-cu illə müqayisədə 35,9% azdır.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, 2020-ci ildə Azərbaycanın Çinə ixracı 432 760,54 min dollar təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 42,5% azdır.
Hesabat ilində Azərbaycanın Çindən idxalı 1 413 824,48 min dollara bəraər olub. Bu göstərici son bir ildə 1,3% azalıb.
Nəticədə, ötən il 981 063,89 min dollarlıq mənfi saldo yaranıb ki, bu da illik müqayisədə 44,3 çoxdur.