Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Yanvar 2021 15:50
Ötən il 2603 məhkuma elektron qolbaq tətbiq olunub.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu Ədliyyə Nazirliyinin 2020-ci il fəaliyyətinə həsr olunan mətbuat konfransında Nazirliyin Probasiya xidmətinin rəis müavini Musa Hümbətov bildirib.
Onun sözlərinə görə, bu da 2019-cu illə müqayisədə 7,3% çoxdur: "Elektron qolbaq tətbiq olunmuş şəxslərin 2561 nəfəri azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub, 19-u cəzadan şərti olaraq vaxtından əvvəl azad olunub, 23 nəfəri isə şərti olaraq məhkum edilmiş şəxslər olub".