Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyədə avtobusu daşa basdılar - azərbaycanlı xəstəxanalıq oldu

Türkiyədə avtobusu daşa basdılar - azərbaycanlı xəstəxanalıq oldu

Tarix: 18 Iyul 2019 17:36

Bakı. Ceyhun Ələkbərov - Trend:

Türkiyədə sərnişinlərin birinin avtobusa atdığı daş nəticəsində bir nəfər azərbaycanlı yaralanıb.

Trend-in məlumatına görə, hadisə Antalyanın Manavgat rayonunda baş verib. Sərnişinlərdən biri sürücü ilə aralarında yaranan problem səbəbindən avtobusun ön şüşəsini daşlayıb.

Atılan daşlardan biri Azərbaycan vətəndaşı Murad Quliyevin başına dəyib. Hadisə yerinə cəlb olunan təcili tibbi yardım xəsarət alan şəxsi xəstəxanaya çatdırıb.

Yerli polisin "isti izlər"lə axtarışından sonra, müşahidə kameralarının köməkliyi ilə hadisə yerindən qaçan 3 nəfər şəxs tutularaq şübhəli qismində tutularaq istintaqa cəlb olunub.


Etiketlər:  Türkiyədə avtobusu daşa basdılar azərbaycanlı xəstəxanalıq oldu


RƏYLƏR