Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Yanvar 2021 17:08
2020-ci ildə "Şahdəniz" yatağından hasil edilmiş qaz və kondensat satışından əldə olunan gəlir 293,9 milyon dollar təşkil edib.
Sonxeber.net bu barədə Dövlət Neft Fonduna (SOFAZ) istinadən məlumat verir.
Qeyd olunur ki, 2007-ci ildən bugünədək SOFAZ-ın "Şahdəniz" qazının satışından gəliri ümumilikdə 3 milyard dollardan çox olub.
2020-ci ildə "Şahdəniz" yatağından hasil olunan kondensat satışından gəlir 223,4 milyon dollara bərabər olub.