Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Siqaret pulu üstündə qardaşını ÖLDÜRDÜ

Siqaret pulu üstündə qardaşını ÖLDÜRDÜ

Tarix: 25 Yanvar 2021 21:40

Türkiyənin Dənizli şəhərində ölümlə nəticələnən cinayət hadisəsi baş verib. Siqaret almaq üçün ona pul verməyən anası Sidiqə Şəfəqin dalınca əlində çörək bıçağı ilə qaçan Volkan Şəfəq adlı gənc araya girən qardaşı Yasin Şəfəqi yaralayıb.

Milli.Az "Haber Global"a istinadla xəbər verir ki, xəstəxanaya çatdırılan yaralı vəfat edib.

Hadisə Gözəlköy məhəlləsində baş verib. İddialara görə cinayəti törətmiş 26 yaşlı Volkan psixi pozuntulardan əziyyət çəkir. O, 23 yaşlı qardaşını qarın nahiyəsindən yaralayıb.

Hazırda qardaş qatili polis tərəfindən saxlanılıb. İstintaq aparılır. (publika.az)

Milli.Az


Etiketlər:  Siqaret pulu üstündə qardaşını ÖLDÜRDÜ


RƏYLƏR