Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Yanvar 2021 10:46
ABŞ Konqresinin Senatı namizədliyi Prezident Co Bayden tərəfindən irəli sürülmüş Canet Yellenin ölkənin Maliyyə Nazirliyinin rəhbəri vəzifəsinə təsdiqləyib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, səsvermə ölkənin qanunverici orqanının yuxarı palatasının saytında yayımlanıb.
ABŞ-ın ilk qadın maliyyə naziri olacaq 74 yaşlı Yellen yaxın vaxtlarda and içəcək.
Qeyd edək ki, 2014-cü ildə o, ölkənin Mərkəzi Bankı funksiyasını yerinə yetirən ABŞ-ın Federal Ehtiyat Sisteminin (FES) sədri vəzifəsində ilk qadın olmuşdu.