Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Yanvar 2021 13:54
ABŞ-ın keçmiş Dövlət katibi Hillari Klintonun prodüser qızı Çelsi Klinton terrorçulara dəstək olub.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, o, Suriyanın Kobani şəhərindəki YPG/PKK-lı qadınların həyatından bəhs edən serial lentə alacaq.
Klintonlara məxsus "HiddenLight" şirkəti serialı yazar Qeyl Tsemax Lemmonun İŞİD-ə qarşı savaşan digər terror təşkilatının üzvlərinin "qəhrəmanlıqları"ndan bəhs edən romanından ilhamlanaraq ekranlaşdıracaq.
Kitab "Kobaninin qızları: Üsyan, cəsarət və ədalətin hekayəsi" adlanır.
"Hekayəni dünyanın hər yerindən izləyicilərə təqdim etməkdən daha həyəcanverici bir şey ola bilməz", - Ç. Klinton qeyd edib.