Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Aprel 2019 09:58
Bakı. Trend:
Bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, günün birinci yarısında yarımadanın bəzi yerlərində çiskinli yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 9-12, gündüz 16-21 dərəcə isti təşkil edəcək.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin