Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rus model İstanbulda bıçaqlandı - VİDEO

Rus model İstanbulda bıçaqlandı - VİDEO

Tarix: 27 Yanvar 2021 09:18

Türkiyənin İstanbul şəhərində rus turistlərə bıçaqlı hücum olub.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Bildirilir ki, rus turistlər şəhərdə gəzərkən kağız toplayan gənc əlində bıçaqla onlara hücum çəkib.

İnsanları bıçaqlayan şəxs turistlərin çantasını götürərək ərazidən qaçıb. Ancaq polislərin axtarışları nəticəsində turistlərə hücum edən şəxs qısa zamanda saxlanılıb.

Bıçaqlanan qadınlardan birinin Rusiyada tanınmış model olduğu da ortaya çıxıb. Aleksandra Rusanova adlı qadın tanınmış "plyus-sayz" modellərdəndir. Rusanovanın hazırki vəziyyəti sabit qiymətləndirilir.

Milli.Az


Etiketlər:  model İstanbulda bıçaqlandı VİDEO


RƏYLƏR