Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Məktəblərdə daimi monitorinq aparılacaq - Təhsil Nazirliyi

Məktəblərdə daimi monitorinq aparılacaq - Təhsil Nazirliyi

Tarix: 27 Yanvar 2021 12:04

Bakı. İlhamə İsabalayeva - Trend:

Siniflərdə şagird sıxlığı az olsa belə, Bakı, Sumqayıt və Abşeronda fevralın 1-dən ibtidai sinif şagirdləri üçün dərslər həftədə 3 dəfə olacaq.

Trend-in məlumatına görə, bunu bu gün keçirilən vebinarda Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib.

Onun sözlərinə görə, bölgələrdə siniflərdə şagird sayı çoxdursa, o halda sinif iki qrupa bölünəcək. Şagirdlərinin sayı hər partada bir nəfərin oturmasına imkan verirsə, həmin siniflər məktəbə 5 dəfə gedə biləcəklər.

V.Yaqublu qeyd edib ki, məktəblərdə qaydalara əməl edilmə vəziyyətinin öyrənilməsi üçün daimi monitorinq aparılacaq.


Etiketlər:  Məktəblərdə daimi monitorinq aparılacaq Təhsil Nazirliyi


RƏYLƏR