Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Yanvar 2021 12:20
Moskvada karantin rejimi yumşaldılıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, şəhər meri Sergey Sobyanin bununla bağlı müvafiq fərman imzalayıb.
Fərmana əsasən, işçilərin ən azı 30%-nin distant rejimdə çalışması tələbi artıq məcburi deyil və tövsiyə xarakterli olacaq. Belə ki, işçiləri ofislərinə qaytarmaq və ya "uzaqda" saxlamaq konkret müəssisə və təşkilat rəhbərlərinin qərarına verilir.
İaşə müəssisələri, gecə klubları, barlar, diskotekalar, karaoke, boulinq, istirahət və əyləncə müəssisələrinin gecə saat 23.00-dan 6.00-dək işinə qoyulan məhdudiyyətlər də ləğv edilir. Eyni zamanda, bu müəssisələr ziyarətçilərin qəbulu və İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidmət (Rospotrebnadzor) tərəfindən müəyyən edilmiş sanitariya rejiminə riayət olunmasına dair tələblərə hələ də əməl etməlidirlər.
Moskva hökumətinə tabe olan universitetlərdə əlavə təhsil formatı barədə qərar Rusiya Təhsil və Elm Nazirliyi ilə razılaşdırılaraq 6 fevral 2021-ci il tarixinədək veriləcək.
Qeyd olunub ki, digər məhdudiyyətlərin ləğv olunacağı tarix və mərhələlər daha sonra açıqlanacaq.