Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Yanvar 2021 12:20
Romanın Fyumiçino hava limanına "koronavirusa qarşı" alman qoyun itləri (ovçarka) buraxılıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, 8 həftəlik təlim zamanı itlərə kütlənin içində bu virusun xarakterik əlamətləri olan insanları müəyyənləşdirmək öyrədilib. Hazırda sözügedən "xidmət" test rejimində işləyir.
Qeyd edək ki, 27 yanvar tarixinə İtaliyada koronavirusdan ölənlərin sayı 86 889 nəfərə çatıb. Hazırda İtaliyada koronavirus xəstələrinin sayı 477 979 nəfərdir.