Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tərtərdə minaya düşən traktorçu əməliyyat olunub, vəziyyəti orta-ağırdır - YENİLƏNİB

Tərtərdə minaya düşən traktorçu əməliyyat olunub, vəziyyəti orta-ağırdır - YENİLƏNİB

Tarix: 28 Yanvar 2021 15:24

15:23

Tərtər rayonunun Əskipara kəndi ərazisində minaya düşən traktor sürücüsü Elgün Ələkbərov əməliyyat olunub.

Bu barədə Milli.Az-a Bərdə rayon Mərkəzi Xəstəxanasından məlumat verilib. Məlumatda bildirilir ki, hadisə zamanı traktorçu qəlpə yaraları alıb: "Hazırda əməliyyat olunub, reanimasiyaya yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir".

Xatırladaq ki, Tərtər rayon Seyidimli kənd sakini, 1987-ci il təvəllüdlü Ələkbərov Elgün Mahmud oğlu Tərtər pambıq Zavodunda traktorçu vəzifəsində çalışır. O, günorta saatlarında Tərtər Pambıq Zavoduna məxsus sahədə şum işləri apararkən minaya düşüb. Hadisə nəticəsində traktor yararsız vəziyyətə düşüb, E.Ələkbərov isə əl və üz nahiyələrindən qəlpə yaraları ilə xəstəxanaya yerləşdirilib.

-------

14:51

Tərtər rayonunun işğaldan azad olunmuş ərazilərində traktor minaya düşüb.

Milli.Az APA-ya istinadən bildirir ki, nəticədə traktorçu, Tərtər rayon Seyidimli kənd sakini, 1987-ci il təvəllüdlü Ələkbərov Elgün Mahmud oğlu əl və üz nahiyəsindən xəsarətlər alıb.

E. Ələkbərov Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan E.Ələkbərovun vəziyyətinin qənaətbəxş olduğu bildirilib.

Milli.Az


Etiketlər:  Tərtərdə minaya düşən traktorçu əməliyyat olunub vəziyyəti orta ağırdır YENİLƏNİB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ