Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qazaxıstanda kütləvi peyvəndlənmə 1 fevralda başlayır

Qazaxıstanda kütləvi peyvəndlənmə 1 fevralda başlayır

Tarix: 28 Yanvar 2021 19:28

Qazaxıstanda koronavirusa qarşı kütləvi peyvəndlənmə proqramı 1 fevralda başlayacaq.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, 6 mərhələli peyvənd prosesinin ilk mərhələsində Rusiyadan 20 min doza "Sputnik V" peyvəndi gətiriləcək.

Sonrakı mərhələlərdə "Sputnik V" peyvəndi Qazaxıstanın Karaqanda şəhərində yerləşən Əczaçılıq Kompleksində istehsal olunaraq istifadəyə buraxılacaq.

Kütləvi vaksinasiya könüllülük əsasında və pulsuz şəkildə həyata keçiriləcək. Bildirilib ki, yalnız 18 ilə 65 yaş arası vətəndaşlar peyvənd oluna biləcəklər.

İlin sonuna qədər 6 milyon insanın peyvəndlənməsi planlaşdırılır. İlkin mərhələdə səhiyyə işçiləri, müəllimlər, hüquq-mühafizə orqanları əməkdaşları və universitet tələbələrinə üstünlük veriləcək.

Hazırda üçüncü mərhələdə klinik sınaqların aparıldığı yerli peyvənd namizədi "QazKovid" aprel ayından etibarən peyvəndlənmə proqramına daxil ediləcək.

Qeyd edək ki, Qazaxıstanda son 24 saat ərzində 1413 nəfərdə koronavirus aşkarlanması ilə ümumi yoluxma sayı 182 min 530-a yüksəlib.


Etiketlər:  Qazaxıstanda kütləvi peyvəndlənmə fevralda başlayır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ