Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu gün riyaziyyat və fiziki tərbiyə müəllimi olmaq istəyənlər imtahan verir

Bu gün riyaziyyat və fiziki tərbiyə müəllimi olmaq istəyənlər imtahan verir

Tarix: 19 Iyul 2019 10:52

Bakı. Trend:

İyulun 19-da riyaziyyat və fiziki tərbiyə müəllimliyi üzrə imtahanlar keçirilir.

Bu barədə Trend Təhsil Nazirliyinə istinadən xəbər verir.

Qeyd edək ki, iyulun 18-də ibtidai sinif müəllimliyi üzrə test imtahanları başa çatıb. İmtahanda iştirak edən Vüsalə Ramazanova 57 bal toplayaraq rus bölməsi üzrə namizədlər arasında yüksək nəticə göstərib. Vüsalə Ramazanova 1998-2002-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində ibtidai təhsilin pedaqogika və metodikası ixtisası, 2009-2012-ci illərdə isə Azərbaycan Dövlət İqtisad Universitetində biznesin təşkili və idarə edilməsi ixtisası üzrə təhsil alıb.

İmtahanlar iyulun 24-dək davam edəcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  gün riyaziyyat fiziki tərbiyə müəllimi olmaq istəyənlər imtahan verir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ