Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Yanvar 2021 13:16
Hüquq mühafizə orqanlarının apardığı araşdırmadan sonra tələbələrin ödədiyi təhsil haqqı ilə bağlı yekun qərar veriləcək.
Sonxeber.net bildirir ki, bunu unikal.org-a açıqlamasında Bakı Slavyan Universitetinin (BSU) rektoru Nurlana Əliyeva deyib. Rektor ali təhsil müəssisəsinin Qiyabi və əlavə təhsil şöbəsinin müdiri Dürdanə Əliyevadan bir xəbər olmadığını bildirib:
"Hazırda prokurorluq araşdırma aparır. Biz onlarla birgə tələbələrin ödənişini müzakirə edəcəyik. Ola bilməz ki, tələbələrə hər hansı bir zərbə dəysin. Biz tələbələrə qarşı dələduzluq edən Dürdanə Əliyevanı tapa bilmirik. Tapsaq, uşaqların pulunun geri qaytarılmasını tələb edərdik".
Qeyd edək ki, Qiyabi və əlavə təhsil şöbəsinin müdiri Dürdanə Əliyeva tələbələrin 140 min AZN miqdarında olan təhsil haqqını mənimsəyib.