Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Yanvar 2021 13:32
Bakı. Ceyla Əliyeva, Orxan Nəbiyev - Trend:
Azərbaycanın azad edilmiş ərazilərində təhlükəsizlik təmin olunandan və əhali oraya qayıdandan sonra Avropa İttifaqının (Aİ) proqramlarının həmin ərazilərdə icrası imkanlarını nəzərdən keçirmək olar.
Trend-in məlumatına görə, bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.
Onun sözlərinə görə, Aİ nümayəndələri dəfələrlə azad edilmiş ərazilərin tam bərpasına dəstəyini ifadə edib.
K.Yankauskas əlavə edib ki, Azərbaycan azad edilmiş ərazilərin bərpası üçün Avropa şirkətlərini dəvət etsə, bir çox şirkət bu prosesdə iştirak etmək istəyəcək:
"Azad edilmiş ərazilərin bərpası üçün çox iş görmək lazımdır, əgər hər kəs bu prosesə cəlb olunsa, daha tez başa çatdırmaq mümkün olacaq. Biz Azərbaycanla ümumi planları və imkanları müzakirə edirik. Aİ layihələri bütün ölkəni əhatə edir".