Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Leyla Əliyevanın tapşırığı ilə IDEA azad olunmuş ərazilərdə işlər görəcək - Birliyin icraçı direktoru

Leyla Əliyevanın tapşırığı ilə IDEA azad olunmuş ərazilərdə işlər görəcək - Birliyin icraçı direktoru

Tarix: 29 Yanvar 2021 16:02

Bakı. Trend:

IDEA-nın təsisçisi və rəhbəri Leyla Əliyevanın tapşırığı ilə IDEA işğaldan azad olunmuş ərazilərdə ekoloji vəziyyətin yenidən canlandırılması istiqamətində işlər görəcək.

Trend-in məlumatına görə, bunu IDEA İctimai Birliyinin icraçı direktoru Surxay Şükürov işğaldan azad olunmuş ərazilərdəki ekoloji durum, görülmüş və görüləcək işlərlə bağlı keçirilən brifinqdə deyib.

S.Şükürov bildirib ki, 30 illik erməni işğalının fəsadlarını görmək hamımızı sarsıtdı: “Bu kimi cinayətlər onu göstərir ki, ölkəmizə qarşı ekoloji terror törədilib. IDEA işğaldan azad edilmiş ərazilərdə ilk olaraq təbii sərvətlərin qiymətləndirilməsi istiqamətində işlər görəcək. Növbəti addım isə həmin yerlərin bərpası olacaq”.


Etiketlər:  Leyla Əliyevanın tapşırığı ilə IDEA azad olunmuş ərazilərdə işlər görəcək Birliyin icraçı direktoru


RƏYLƏR