Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İşğaldan azad edilmiş ərazilərdə yerli icra hakimiyyəti və digər dövlət orqanlarının strukturları yaradılır

İşğaldan azad edilmiş ərazilərdə yerli icra hakimiyyəti və digər dövlət orqanlarının strukturları yaradılır

Tarix: 30 Yanvar 2021 09:56

Bakı. Asif Mehman - Trend:

Baş nazir Əli Əsədov Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin hazırlanması barədə sərəncam imzalayıb

Trend-in məlumatına görə, sərəncama əsasən, Azərbaycan Respublikasının aidiyyəti mərkəzi, yerli icra hakimiyyəti və digər dövlət orqanları:

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində mərkəzi, yerli icra hakimiyyəti və digər dövlət orqanlarının müvafiq strukturlarının yaradılması və onların maliyyələşdirilməsi ilə bağlı tələb olunan vəsaitə dair təkliflərini 2021-ci ilin martın 1-dək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsinlər.

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində sektorlar və istiqamətlər üzrə 2022-2025-ci illəri əhatə edən dövrdə (hər il üzrə ayrılıqda) bərpa və yenidənqurma işlərinin aparılması üçün tələb olunan vəsait barədə təkliflərini 2021-ci il martın 1-dək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsinlər.


Etiketlər:  İşğaldan azad edilmiş ərazilərdə yerli icra hakimiyyəti digər dövlət orqanlarının strukturları yaradılır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ