Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yas mərasimləri zamanı karantin qaydalarının pozulması aradan qaldırılıb – Dini komitə

Yas mərasimləri zamanı karantin qaydalarının pozulması aradan qaldırılıb – Dini komitə

Tarix: 30 Yanvar 2021 10:12

Bakı. Elçin Mehdiyev – Trend:

2020-ci il ərzində Azərbaycanda dini durumun öyrənilməsi sahəsində tədbirlər davam etdirilib, mütəmadi olaraq monitorinqlər keçirilib. Bu barədə Trend-ə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, il ərzində müsəlman dini icmaları Ramazan və Məhərrəmlik ayları mərasimləri, Qurban bayramı, xristian dini icmalar Pasxa və Milad, yəhudilər Purim, Pesax və Roş-Ha-Şana bayramları qeyd ediblər.

Bunlardan Purim bayramı istisna olmaqla, digərləri karantin rejimi dövrünə təsadüf edib. 2020-ci ildə karantin rejimi dövründə dini ayinlərin icrası ilə yanaşı yas mərasimlərinin pandemiya ilə bağlı müəyyən olunmuş qaydalar çərçivəsində keçirilməsi xüsusi nəzarətdə saxlanılıb, Dövlət Komitəsinin bölgə şöbələri, QMİ-nin bölgə nümayəndəlikləri, yerli icra hakimiyyətləri və hüquq-mühafizə orqanlarının birgə tədbirləri nəticəsində bu sahədəki pozuntular aradan qaldırılıb.


Etiketlər:  mərasimləri zamanı karantin qaydalarının pozulması aradan qaldırılıb Dini komitə


RƏYLƏR