Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fransada qlobal təhlükəsizlik qanununa qarşı nümaişlər səngimir

Fransada qlobal təhlükəsizlik qanununa qarşı nümaişlər səngimir

Tarix: 31 Yanvar 2021 02:21

Bakı. Trend:

Fransada qlobal təhlükəsizlik qanununa qarşı keçirilən nümayişlərdə polis 35 nəfəri saxladı.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat verib.

Bildirilir ki, ölkədəki nümayişlərə 32 770 nəfər qatılıb, onlardan 5050-i Parisdə olub. Saxlanılanların ümumi sayının 28-i paytaxtdadır. Bundan əlavə, Daxili İşlər Nazirliyi iki polis məmurunun yüngül xəsarət aldığını bildirdi.

Fransada "Qlobal təhlükəsizlik haqqında" qanun layihəsinə etirazlar keçən ilin sonunda başlayıb. Nümayişçilər internetdə polislərin üzlərini açıq şəkildə göstərən fotoşəkilləri yerləşdirənlərin, həmçinin omların ünvanlarını və soyadlarını təqdim edənlərə ağır cərimə və həbs cəzası verilməsini nəzərdə tutan 24-cü maddəyə qarşı çıxırlar. Qanunu tənqid edənlər bunun “söz və sərbəst toplaşmaq azadlığını pozduğunu” iddia edirlər.


Etiketlər:  Fransada qlobal təhlükəsizlik qanununa qarşı nümaişlər səngimir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ