Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Yanvar 2021 15:04
Çempionlar Liqasının 1/8 final mərhələsinin "Leypsiq" - "Liverpul" oyunu təyin olunan vaxtda baş tutmaya bilər.
Sonxeber.net apasport.az-a istinadən bildirir ki, buna səbəb Almaniya hökumətinin sərt qərarıdır.
Koronavirusa yoluxmanın qarşısının alınması üçün yerli hökumət fevralın 17-nə qədər İngiltərədən ölkəyə uçuşu dayandırıb. Ayın 16-da isə "Liverpul" "Leypsiq"lə səfərdə qarşılaşmalıdır. İndi matçın baş tutması üçün alternativ həll yoluna ehtiyac var.
Variantlardan biri görüşün neytral meydanda keçirilməsidir. Bundan başqa, ilk matçın İngiltərədə, cavab oyununun Almaniyada olması da müzakirə edilir. Belə olarsa, "Liverpul" Almaniyaya martın 10-da yollanmalı olacaq. Həmçinin Almaniyadakı duelin təxirə salınması da istisna deyil.