Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Müharibənin ikinci mərhələsi başlayıb”

“Müharibənin ikinci mərhələsi başlayıb”

Tarix: 1 Fevral 2021 12:15

Bizim möhtəşəm qələbəmizdən sonra müharibənin ikinci mərhələsi başlayıb. Burada birincidən də daha həssas olmalıyıq.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.

Deputat bildirib ki, erməni təxribatına artıq start verilib: "Azərbaycanın diplomatik nümayəndələrinə hədələr, təhdidlər başlayıb. Səfirlər hədələnir. Burada biz çox diqqətli olmalıyıq. Tarixi yada salmalıyıq. Türkiyə səfirlərinin ASALA tərəfindən xaricdə güllələnməsi faktları mövcuddur. İndi bu təhdidlər Azərbaycan səfirlərinə qarşı da var".

Deputat qeyd edib ki, sapı özümüzdən olan bəzi baltalar təbliğat məsələsində də səhvlərə yol verir: "Məsələn, Türkiyənin Azərbaycana gəlməsi ilə bağlı. Digər tərəfdən, sərhədlərin dəqiqləşdirilməsi məsələsi var. Bizim ən böyük sərhədimiz Ermənistanladır. Hissə-hissə bu sərhədlərin müəyyənləşməsi prosesi baş verir. Bu məsələlərə xüsusilə diqqət etməliyik. Biz diaspor təşkilatlarının da səfirliklərin qorunmasında ciddi iştirak etməsinə çağırmalıyıq. Milli Məclis olaraq dostluq qruplarının üzvlərini də bu təhdidlərlə bağlı məlumatlandırmalıyıq".


Etiketlər:  Müharibənin ikinci mərhələsi başlayıb


RƏYLƏR