Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Fevral 2021 15:14
2021-ci ilin fevralın 1-nə Türkiyə lirəsinin Azərbaycan manatına qarşı rəsmi məzənnəsi 0,2336 manat təşkil edib. Bu, son altı ayda ən yüksək göstəricidir.
Sonxeber.net APA-ya istinadən bildirir ki, sonuncu dəfə lirənin manata qarşı məzənnəsinin ən yüksək göstəricisi 2020-ci ilin avqustun 12-də qeydə alınmışdı - 0,2352 manat.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib, 1 avro 2,0622 manata, 1 Rusiya rublu 0,0224 manata yüksəlib.