Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fransada qətl hadisələrinin sayı son 20 ildə 91 faiz artıb

Fransada qətl hadisələrinin sayı son 20 ildə 91 faiz artıb

Tarix: 2 Fevral 2021 08:06

Bakı. Trend:

Fransada qətl cinayətlərinin sayı son 20 ildə 91 faiz artaraq ölkə üçün misilsiz bir səviyyəyə çatıb.

Trend TASS-a istinadən xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyindən alınan məlumatlar Fransa ərazisində bir sıra qətl növlərində davamlı kəskin artım olduğunu göstərir.

Qurumun statistikasına görə, 2020-ci ildə qətl hadisələrinin sayı 4.472-ə çatıb, müqaisə üçün 2000-ci ildə 2.338 qətl hadisəsi qeydə alınıb.

Daxili İşlər Nazirliyi xüsusən də 2020-ci ildə əvvəlki ilə nisbətən oğurluq hadisələri ilə əlaqədar edilən qətl cəhdlərinin sayının 19,3 faiz, oxşar şəraitdə törədilmiş qətllərin isə 17,1 faiz artdığını da bildirir. Cinayətkarlar arasındakı münaqişələrdə bu göstərici nisbəti 14,3 artıb, döyülmədən ölənlərin sayı isə 7,3 faiz azalıb. Ümumiyyətlə Fransada cinayətlər sayının 2013-cü ildən indiyədək kəskin şəkildə artmaqda davam etdiyi bildirilir.


Etiketlər:  Fransada qətl hadisələrinin sayı ildə faiz artıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ