Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kəsilmiş başı qutuya qoyub pəncərədən atdı

Kəsilmiş başı qutuya qoyub pəncərədən atdı

Tarix: 2 Fevral 2021 08:30

Fransanın Tulon şəhərinin tarixi mərkəzində 40 yaşlı kişi naməlum şəxsin başını kəsərək qutuya qoyub və pəncərədən aşağı atıb.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, polis xüsusi əməliyyat keçirərək şübhəlini saxlayıb.

Şahidlərin sözlərinə görə, məhz həmin şəxs qutunu pəncərədən aşağı atıb. Saxlanılan zaman şübhəlinin əlləri qan içində olub.

İlkin ehtimallara görə, o, küçədə yaşayan evsiz bir şəxsi öz mənzilinə dəvət edərək, onu vəhşicəsinə öldürüb və cəsədini parçalayıb.  

Hazırda cinayətin təfərrüatı araşdırılır.


Etiketlər:  Kəsilmiş başı qutuya qoyub pəncərədən atdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ