Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda daha bir marşrut xəttinə yeni iritutumlu avtobuslar verildi

Bakıda daha bir marşrut xəttinə yeni iritutumlu avtobuslar verildi

Tarix: 2 Fevral 2021 14:38

Bakı. Samir Əli - Trend:

217 nömrəli müntəzəm marşrut üzrə sərnişindaşımalara iritutumlu “İsuzu-Citibus” markalı avtobuslar cəlb edilib.

Bakı Nəqliyyat Agnetliyindən Trend-ə verilən məlumata görə, iritutumlu və müasir avtobusların istifadəyə verilməsi ilə bağlı Məhəmmədi kəndinin sakinləri məmnunluqlarını bildirib.

Dəyişiklik sayəsində gün ərzində 217 nömrəli marşrut xəttindən istifadə edən 10 minə yaxın sərnişinin rahat və təhlükəsiz daşınması təmin edilib.


Etiketlər:  Bakıda daha marşrut xəttinə yeni iritutumlu avtobuslar verildi


RƏYLƏR