Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qazi Rəşad Əliyev: Vətən yolunda ayağımı itirdiyimə görə qətiyyən peşman deyiləm

Qazi Rəşad Əliyev: Vətən yolunda ayağımı itirdiyimə görə qətiyyən peşman deyiləm

Tarix: 3 Fevral 2021 21:40

Mən sentyabrın 27-də Azərbaycan Milli Ordusu əks-hücum əməliyyatlarına başlayan ilk gündən döyüşlərdə iştirak etmişəm. Bir sıra uğurlu döyüş əməliyyatlarının iştirakçısı olmuşam. Lakin oktyabrın 10-da Suqovuşanda düşmən mövqelərinə doğru irəliləyərkən minaya düşdüm. Ətrafda çoxlu minalar basdırılmışdı, iki minanı zərərsizləşdirsəm də, üçüncüsünü görmədim. Partlayan mina məni havaya qaldırdı və oradaca ayağımı itirdim. Aldığım zədədən sonra mina partlayışı nəticəsində ayağını itirən döyüş yoldaşımın harayına yetirmək istəyəndə də sol ayağımı sındırdım...

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində Vətən müharibəsində yaralanmış qazi Rəşad Əliyev deyib.

O, üç gündür gəzdirdiyi protez sayəsində indi özünü yaxşı hiss etdiyini və yeriyə bildiyi üçün çox sevindiyini söyləyib: "Protezdən sonra özümü çox rahat hiss edirəm, sərbəst hərəkət edə bilirəm. Ona görə sevincimin həddi-hüdudu yoxdur. Düzdü, adamın öz ayağının yerini vermir, amma Vətən yolunda ayağımı itirdiyimə görə qətiyyən peşman deyiləm, torpaqlarımızın düşməndən təmizlənməsində pay sahibi olduğuma görə özümü xoşbəxt hiss edirəm".


Etiketlər:  Qazi Rəşad Əliyev Vətən yolunda ayağımı itirdiyimə görə qətiyyən peşman deyiləm


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ