Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Fevral 2021 22:00
Cari ilin yanvar ayında Gürcüstanda istehlak qiymətləri indeksi 2020-ci ilin dekabr ayı ilə müqayisədə 1,1 faiz artıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsi məlumat yayıb.
Bildirilir ki, hesabat dövründə illik inflyasiya isə 2,8 faiz təşkil edib.
Ötən ay Gürcüstanda ərzaq və spirtsiz içkilərin qiyməti 2 faiz, tərəvəzin 6,1 faiz, meyvə və üzümün 4,4 faiz, yağın 4,3 faiz, süd, pendir və yumurtanın 4 faiz, balığın qiyməti isə 1,1 faiz artıb.
İllik inflyasiyaya gəlincə, ərzaq məhsulları və spirtsiz içkilərin qiymətində 6,4 faiz artım olub. Bu qrup daxilində yağlar 27,3 faiz, qəhvə, çay və kakao 12,6 faiz, balıq 10,4 faiz, süd, pendir və yumurta 9,1 faiz, şəkər, cem, bal, şokolad və qənnadı məmulatları 8,9 faiz, çörək 7,5 faiz, mineral sular, alkoqolsuz içkilər, meyvə və tərəvəz şirələri isə 5,6 faiz bahalaşıb.
Qiymət artımı xidmət sahəsində də özünü göstərib. Sağlamlıq və səhiyyə sahəsində xidmətlərin dəyərində 8,8 faiz artım qeydə alınıb.