Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Makqreqor Puaryeni məğlub edəcəyindən əmindir

Makqreqor Puaryeni məğlub edəcəyindən əmindir

Tarix: 4 Fevral 2021 08:24

İrlandiyalı qarışıq döyüş ustası Konor Makqreqor əmindir ki, amerikalı Dastin Puaryeni məğlub edə bilər.

"The Mirror" nəşri məlumat verir ki, 32 yaşlı irlandiyalı bu yaxınlarda məğlub olduğu Puarye ilə revanş döyüşü keçirmək arzusundadır. Konor üçüncü görüşdə qələbə qazanacağından əmindir.

Döyüşçünün sözlərinə görə, onun sonuncu məğlubiyyətinin səbəbi rəqibinin ayaq zərbələrinə hazır olmamasıdır.

"Həmin döyüşdə mən əla formada idim. Lakin rəqibimin ayaq zərbələri mənim üçün gözlənilməz oldu. Əgər bunun üzərində çalışsam onu məğlub edə bilərəm", - deyə Makqreqor bildirib.

Xatırladaq ki, Makqreqor və Puarye arasında son döyüş yanvarın 24-də baş tutub və irlandiyalı karyerasında ilk dəfə nokautla məğlub olub. 

Milli.Az


Etiketlər:  Makqreqor Puaryeni məğlub edəcəyindən əmindir


RƏYLƏR