Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Lütfi Zadənin 100 illiyinə həsr olunan poçt markası dövriyyəyə buraxılacaq

Lütfi Zadənin 100 illiyinə həsr olunan poçt markası dövriyyəyə buraxılacaq

Tarix: 4 Fevral 2021 18:38

Bakı. Trend:

Görkəmli azərbaycanlı alim, qeyri-səlis məntiq termininin müəllifi və qeyri-səlis çoxluqlar nəzəriyyəsinin həmmüəlliflərindən biri olan Lütfi Zadənin anadan olmasının 100 illiyinə həsr olunmuş poçt markası hazırlanıb.

"Azərmarka" MMC-dən Trend-ə bildirilib ki, marka fevral ayının sonunda dövriyyəyə buraxılacaq.

Qeyd edək ki, Lütfəli Rəhim oğlu Ələsgərzadə (Lütfi Zadə) 1921-ci il fevralın 4-də Bakının Novxanı kəndində anadan olub, 2017-ci il sentyabrın 6-da ABŞ-da (Kaliforniya, Berkli şəhəri) dünyasını dəyişib.


Etiketlər:  Lütfi Zadənin 100 illiyinə həsr olunan poçt markası dövriyyəyə buraxılacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ