Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Fevral 2021 09:56
Bakı. Samir Əli - Trend:
Bakıda quraşdırılan işıqforlardakı rəqəm taymerlərinin hamısı yığışdırılmır.
Bunu Trend-ə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin Mətbuat katibi Mais Ağayev deyib.
O bildirib ki, rəqəm taymerləri əsasən yol qəzaları baş verən ərazilərdəki işıqforlardan yığışdırılır:
"Bununla bağlı mütəmadi olaraq həmin küçələrdə müşahidələr aparılıb, Dövlət Yol Polisi İdarəsindən ardıcıl müraciətlər daxil olub. Müəyyən edilib ki, bəzi küçələrin kəsişməsində baş verən qəzaların əksəriyyətinin səbəbi həmin rəqəm taymerləridir. Əsasən həmin ərazilərdə rəqəm taymerləri piyadaların vurulması ilə nəticələnir. Buna görə də, həmin küçələrdə təhlükəsizliyin təmin edilməsi məqsədilə işıqforlarda olan rəqəm taymerləri yığışdırılır, əvəzində işıqforla tənzimlənən piyada keçidləri çəkilir".
Mais Ağayev bildirib ki, yol qəzaları olmayan küçə və prospektlərdəki işıqforlarda isə rəqəm taymerləri qalmaqdadır və həmin taymerlər yığışdırılmayacaq.