Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Reynaldo karyerasını niyə bitirib? - Özü açıqladı

Reynaldo karyerasını niyə bitirib? - Özü açıqladı

Tarix: 5 Fevral 2021 13:58

"Qarabağ"ın sabiq futbolçusu Reynaldo Silvanın karyerasını 31 yaşında başa vurması bir qədər təəccüblü oldu.

Milli.Az xəbər verir ki, Azərbaycana gəlmiş ən yaxşı legionerlərdən biri olan braziliyalı hücumçu qərarının səbəbini qol.az-a açıqlayıb.

O, ailəsinin yanında olmaq istədiyi üçün bu addımı atdığını bildirib: "Əvvəlcə bütün Azərbaycana salam göndərirəm. Qərarıma gəlincə, 6 ay evdə qalmaq istəyirəm. Ancaq yəqin ki, ilin ortasında qərarımı dəyişməyəcəyəm. Çünki bundan sonra ailəmin yanında olmaq istəyirəm".

Qeyd edək ki, 2013-2017-ci illərdə "Qarabağ"da çıxış etmiş futbolçu bu müddətdə 87 oyuna 43 qol vuraraq Ağdam təmsilçisinin uğurlarında böyük pay sahibi olub. 2019-cu ildə yenidən "Qarabağ"a qayıdan futbolçu həmin il Qazaxıstanın "İrtış" klubuna keçib. Onun son klubu isə Batumi "Dinamo"su olub.

Milli.Az


Etiketlər:  Reynaldo karyerasını niyə bitirib Özü açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ