Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Cənubi Koreyada dünyanın ən iri külək enerjisi layihəsi reallaşdırılacaq

Cənubi Koreyada dünyanın ən iri külək enerjisi layihəsi reallaşdırılacaq

Tarix: 5 Fevral 2021 18:40

Bakı. Orxan Nəbiyev - Trend:

Cənubi Koreyada dünyanın ən iri külək enerjisi parkının yaradılacağı elan olunub.

Trend-in məlumatına görə, layihənin təxminən 43 milyard dollar dəyərində olacağı bildirilib.

Külək enerjisi parkı paytaxt Seuldan 400 kilometr cənub-qərbdə, Sinan şəhərinin sahilində inşa olunacaq. 2029-cu ilədək 8,2 giqavatt gücündə elektrik enerjisi istehsal edəcək obyektin inşası planlaşdırılır.

Külək enerjisi parkının tikintisi prosesində 120 min yeni iş yeri yaradılacaq.


Etiketlər:  Cənubi Koreyada dünyanın ən iri külək enerjisi layihəsi reallaşdırılacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ