Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Fevral 2021 20:15
Bakı. Ceyhun Ələkbərov - Trend:
Son günlər müalicəmdə müsbət nəticələr var, tezliklə ayağa qalxıb hərbçi yoldaşlarımın yanına yallanmağı arzulayıram.
Bunu Trend-ə açıqlamasında Vətən müharibəsində xəsarət alan və hazırda Əlillərin Reabilitasiya Mərkəzində müalicə olunan yaralı hərbçimiz Yusif Ağaməmmədov deyib.
Hərbçimizin sözlərinə görə, o Füzuli istiqamətində gedən döyüşlərdə yaralanıb:
“Aprel döyüşlərində də iştirak etmişəm və Lələtəpəni azad etdikdən sonra orada xidmət göstərirdim. Füzulinin azad olunmasında yaralandım və hazırda onurğamda fəsadlar var. Sağ olsun həkimlər, məni sağaltmaları üçün əllərindən gələni edirlər və müsbət nəticələr var”.