Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Fevral 2021 14:28
Myanmanın şərqində Kokang muxtar zonasının keçmiş hökumət üzvlərindən birinin avtomobil karvanına hücum olub, nəticədə azı 12 nəfər ölüb.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, Myanma Milli Demokratik İttifaq Ordusundan olan 20 nəfərlik üsyançı qrup, Kokang mərkəzi icraiyyə komitəsinin keçmiş üzvü Khin Maun Luinin karvanına hücum edib.
Nəticədə doqquz mülki şəxs və üç polis əməkdaşı ölüb, 13 nəfər yaralanıb.
Məlumatda o da bildirilib ki, Myanma Silahlı Qüvvələri ölkə ərazisində fəaliyyət göstərən silahlı qruplara qarşı keçirdiyi hərbi əməliyyatların dayandırılması müddətini fevralın 28-dək uzadıb.