Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

AKP millət vəkili və bələdiyyə başqanı Bursada azərbaycanlı şəhid ailələrinə baş çəkdilər

AKP millət vəkili və bələdiyyə başqanı Bursada azərbaycanlı şəhid ailələrinə baş çəkdilər

Tarix: 6 Fevral 2021 16:48

Türkiyənin Bursa şəhərinin Yıldırım rayonunun bələdiyyə başqanı Oktay Yılmaz 44 günlük Qarabağ müharibəsində şəhid olan azərbaycanlı qəhrəmanların bu rayonda yaşayan ailə üzvlərini ziyarət edib.

Sonxeber.net virtualaz.org-a istinadən xəbər verir ki, bələdiyyə başqanı Oktay Yılmaz  AKP Bursa millət vəkili Osman Mesten və partiyanın yerli təşkilatının rəhbəri Ali Erbayla birlikdə müharibənin ilk günlərində şəhid olan Səlim Cabbarov və oktyabrın 15-də şəhid olan Zeynal Dursunovun Yıldırım rayonunda yaşayan ailələrinin evlərinə gediblər. Onlar şəhidlərin ailə üzvləri ilə söhbətləşiblər, problemləri ilə maraqlanıblar, Yıldırım Bələdiyyəsinin hər zaman onların yanında olacaqlarını deyiblər.

Duyğu dolu anların yaşandığı ziyarət zamanı şəhidlərin ailə üzvləri övlad acılarının ilk günlərdəki kimi təzə olduğunu, amma şəhid ailəsi olduqları üçün qürur duyduqlarını deyiblər.

Bələdiyyə başqanı Azərbaycan xalqı ilə bir  almanın yarısı olaraq kədəri də, hüznü də ortaq yaşadıqlarını deyib. "Qardaş ölkə, Azərbaycan xalqı Qarabağda böyük bir dastan yazaraq işğal altındakı torpaqları böyük zəfərlə geri aldı. Bu savaşda vətəni uğrunda şəhid olanları rəhmətlə yad edirik, qazilərimizə tezliklə şəfa tapmalarını arzu edirik. Qardaş Azərbaycanın hər zaman yanındayıq, olmağa da davam edəcəyik. Rəbbim Türkiyə və Azərbaycan dövlətini hər zaman hər cür pisliklərdən qorusun, daim müzəffər eləsin",-Yılmaz şəhid ailələri ilə görüşdə deyib.


Etiketlər:  millət vəkili bələdiyyə başqanı Bursada azərbaycanlı şəhid ailələrinə baş çəkdilər


RƏYLƏR