Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Fevral 2021 17:48
Bakı. Trend:
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 115 yeni yoluxma faktı qeydə alınıb, 201 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 231 022 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 224 961 nəfər müalicə olunaraq sağalıb, 3 156 nəfər vəfat edib, aktiv xəstə sayı 2 905 nəfərdir.
Ölkədə son sutka ərzində 6 582, hazırkı dövrədək isə 2 446 300 test aparılıb.