Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyul 2019 02:36
Bakı. Trend:
Sabah Heydər Əliyev adına İdman-Konsert Kompleksində Avropa Gənclərinin Olimpiya Festivalı (EYOF) çərçivəsində güləş yarışı start götürəcək.
Trend-in məlumatına görə, ilk yarış günündə həm sərbəst, həm də yunan-Roma güləşi üzrə 45 və 55 kq-da mübarizə baş tutacaq. Bu gün Atletlər Kəndində həmin çəkilər üzrə püşkatma mərasimi keçirilib və güləşçilərimizin rəqibləri müəyyənləşib.
Sərbəst güləş
45 kq
A qrupu
1-ci tur - Murad Haqverdiyev - Eldar Asakayev (RUS)
55 kq
1/8 final - Əbülfəz Nəsirov - Harvey Ridinqs (GBR)
Yunan-Roma güləşi
45 kq
Təsnifat - Fərid Sadıxlı - Andrea Martino (İTA)
55 kq
1/8 final - Nihat Məmmədli - Olivye Şkripçak (POL)
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin