Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Sputnik V" peyvəndi Almaniyada istifadəyə buraxıla bilər

Tarix: 7 Fevral 2021 16:00

Bakı. Trend:

Avropa tibbi preparatlar agentliyi (EMA) koronavirusa qarşı Rusiya istehsalı peyvəndi ilə bağlı Aİ-yə buraxılma icazəsinə dair müsbət rəy verərsə, vaksinin Almaniyada istifadəsi mümkündür.

Trend-in məlumatına görə, bu barədə Almaniyanın İqtisadiyyat və enerji naziri Peter Altmayer deyib.

Nazir qeyd edib ki, bu siyasi yox, tibbi məsələdir.

Daha əvvəl Bavariyanın Baş naziri Markus Zeder də daxil olmaqla bir sıra alman siyasətçiləri Rusiya istehsalı peyvəndlərinin etibarlılığını tez bir zamanda yoxlamaq və lazım olduqda onlardan istifadə etməyə dair çağırış ediblər.


Etiketlər:  Sputnik V peyvəndi Almaniyada istifadəyə buraxıla bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ