Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Fevral 2021 05:16
Bakı. Trend:
Ekvadorda prezident və parlament seçkilərində səsvermə Bakı vaxtı ilə saat 02:00-da başa çatıb.
Trend xəbər verir ki, "Clima Social" şirkəti tərəfindən dərc edilən "exit poll"a əsasən, birinci turun yekunları üzrə "Ümid üçün birlik" koalisiyasını təmsil edən Andres Araus 36,2 faiz səslə seçkilərdə liderlik edir. 21,7 faiz səslə "KPEO hərəkatı"ndan namizəd Qilyermo Lasso ikinci yerdə, Yaku Peres isə 16,7 faiz səslə üçüncü yerdə qərarlaşıb.
İctimai rəyin öyrənilməsi üzrə "Cedatos" Tədqiqat Mərkəzinin məlumatına görə, A.Araus 34,94 - faiz, Q.Lasso - 20,99 faiz, Y.Peres - 17,99 faiz səs toplayıb.
Qeyd edək ki, birinci turda prezident seçkilərində qalib müəyyənləşmədiyi halda ikinci tur aprelin 11-i keçiriləcək.