Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qaxda güclü külək çinar ağacını qırıb, fiber-optik kabel zədələnib

Qaxda güclü külək çinar ağacını qırıb, fiber-optik kabel zədələnib

Tarix: 8 Fevral 2021 18:56

Fevralın 7-də saat 21:35 radələrində Qax rayonunda güclü külək səbəbindən Mərkəzi Elektron ATS-dən 3 km. məsafədə çinar ağacı qırılaraq fiber-optik kabeli zədələyib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Milli.Az-a bildirilib ki, nəticədə rayonun Qaşqaçay, Əmbərçay kəndlərində rabitə və internetin, Zaqatala və Balakən rayonlarında isə internetin verilməsində problemlər yaranıb.

Kabel Magistral Texniki Qovşağının mütəxəssislərinin müdaxiləsilə problem səhər saat 04:20-də aradan qaldırılıb. Zədələnmiş kabelin tam şəkildə bərpası üçün hazırda həmin ərazidə işlər yekunlaşmaq üzrədir.

Milli.Az


Etiketlər:  Qaxda güclü külək çinar ağacını qırıb fiber optik kabel zədələnib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ