Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Premyer Liqada iki yeni yoluxma

Premyer Liqada iki yeni yoluxma

Tarix: 9 Fevral 2021 08:10

İngiltərə Premyer Liqasında növbəti dəfə birhəftəlik koronavirus testinin nəticələri açıqlanıb.

Milli.Az apasport.az-a istinadən bildirir ki, fevralı 1-dən 7-dək ümumilikdə 2970 nəfərdən test götürülüb.

Bu siyahıda futbolçu və məşqçi heyəti ilə yanaşı, klub işçiləri də var. Adları açıqlanmayan iki nəfərin virusa yoluxduğu müəyyənləşib. Həmin şəxslər hazırda karantin şəraitində müalicə olunur.

Qeyd edək ki, Premyer Liqada bir həftə əvvəlki testlərdə 7 nəfərin nəticəsi pozitiv çıxmışdı.

Milli.Az


Etiketlər:  Premyer Liqada iki yeni yoluxma


RƏYLƏR