Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakı Avropa Gənclər Yay Olimpiya Festivalı öncəsi (FOTOREPORTAJ)

Bakı Avropa Gənclər Yay Olimpiya Festivalı öncəsi (FOTOREPORTAJ)

Tarix: 21 Iyul 2019 20:38

Bakı. Trend:

XV Avropa Gənclər Yay Olimpiya Festivalının açılışının keçiriləcəyi “Baku Crystal Hall”a tamaşaçıların axını müşahidə olunub.

Trend-in məlumatına görə, iyulun 27-nə qədər davam edəcək mötəbər turnir 12 idman obyektində keçiriləcək.

Festivalda Avropanın 48 ölkəsindən 3900 atlet iştirak edəcək. İştirakçıların 52 faizi oğlan, 48 faizi isə qızdır. İdmançılar 135 dəst medal uğrunda güclərini sınayacaqlar. Mükafatçılar üçün ümumilikdə 930 medal hazırlanıb. Medalların 300-ü qızıl, 300-ü gümüş, 330-u isə bürüncdür.

Festivalda Azərbaycanı 122 idmançı təmsil edəcək.

XV Avropa Gənclər Yay Olimpiya Festivalında atletlər idmanın 10 növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş üzrə yarışlarda qüvvələrini sınayacaqlar.

Trend XV Avropa Gənclər Yay Olimpiya Festivalı öncəsi fotoreportajı təqdim edir:

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Bakı Avropa Gənclər Olimpiya Festivalı öncəsi FOTOREPORTAJ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ