Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Fevral 2021 10:24
Moskvanın şimal-qərbində beşmərtəbəli yaşayış binasında güclü yanğın baş verib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, yanğın binanın beşinci mərtəbəsində olub.
Hadisə nəticəsində bir kişi həyatını itirib, 3-6 yaş aralığında 4 uşaq olmaqla bir qadın yanan mənzildən təxliyə edilib. Uşaqların müxtəlif dərəcədə xəsarət aldığı bildirilir. Onlar xəstəxanaya yerləşdirilib.
Yanğın söndürülüb. Rayon prokurorunun müavini hadisə yerinə gəlib.
Yanğının başvermə səbəbləri müəyyənləşdirilir.