Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fransada helikopter qəzası: 2 ölü, 3 yaralı

Fransada helikopter qəzası: 2 ölü, 3 yaralı

Tarix: 10 Fevral 2021 11:02

Fransanın Alp dağlarında yerləşən "Courchevel" xizəkçilik istirahət mərkəzinin yaxınlığında içərisində beş sərnişin olan helicopter qəzaya uğrayıb. 

APA TASS-a istinadən xəbər verir ki, qəza ilə bağlı siqnal yerli vaxtla, təxminən saat 17:20-də  alınıb. 

Helikopterin 1.9 min metr yüksəklikdən düşdüyü bildirilib. Xilasedicilər hadisə yerinə, təxminən 40 dəqiqədən sonra gəliblər.

İlkin məlumatlara görə, qəza nəticəsində iki nəfər ölüb, 3 nəfər isə ağır vəziyyətdə xəstəxanaya aparılıb. 


Etiketlər:  Fransada helikopter qəzası ölü yaralı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ