Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Fevral 2021 11:08
Bakı. Samir Əli - Trend:
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən vətəndaşlara səyyar formada xidmətlərin həyata keçirilməsi davam edir.
Agentlikdən Trend-ə verilən məlumata görə, sifarişli əsaslarla həyata keçirilən səyyar ASAN xidmət vasitəsilə 2021-ci il yanvar və fevral ayları ərzində Bakı və Sumqayıt şəhərlərində 53 kənardan qulluğa ehtiyacı olan əlil və 15 sağlamlıq imkanları məhdud olan uşaq üçün müxtəlif xidmətlər həyata keçirilib.
Xatırladaq ki, sosial həmrəyliyin təmin edilməsi məqsədi ilə səyyar xidmətlər kənardan qulluğa və yardıma ehtiyacı olan 1-ci qrup əlillər və sağlamlıq imkanları məhdud uşaqlar üçün əlavə səyyar xidmət haqqı ödənilmədən həyata keçirilir