Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Fevral 2021 10:00
Qarışıq döyüş növləri üzrə irlandiyalı döyüşçü Konor Makqreqor Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) məşhur türk aşpaz Nüsrət Gökçenin restoranında olub və özünə üzəri nazik qızıl səthi ilə örtülmüş 1000 dollarlıq steyk sifariş edib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, aşpaz ənənəsinə uyğun olaraq əti özünəməxsus şəkildə doğrayıb, onu duzlamağı isə Konora həvalə edib.
N.Gökçenin bu videosu 7 milyona yaxın izləmə sayı, 8 mindən çox şərh toplayıb.