Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan nefti də ucuzlaşıb

Azərbaycan nefti də ucuzlaşıb

Tarix: 12 Fevral 2021 11:24

Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti azalıb.

Sonxeber.net APA-ya istinadən bildirir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,06 ABŞ dolları və ya 0,1% azalaraq 62,24dollar təşkil edib.

Xatırladaq ki, ötən həftə ərzində (1-5 fevral) dünya bazarında "Azeri Light" markalı neftin 1 barelinin orta qiyməti 58,91 dollara bərabər olub. Bu, əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 2,7 dollar və ya 4,8% çoxdur. Belə ki, ötən həftə ərzində ən yüksək göstərici (V gün) - 60,51 dollar təşkil edib, ən minimal göstərici (I gün) isə 56,68 dollar səviyyəsində olub.


Etiketlər:  Azərbaycan nefti ucuzlaşıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ