Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Putin Münhen konfransında çıxış etməyəcək

Putin Münhen konfransında çıxış etməyəcək

Tarix: 12 Fevral 2021 14:28

Rusiya Prezidenti Vladimir Putin bu il 19-20 fevral tarixlərində distant rejimdə keçiriləcək Münhen konfransında çıxış etməyi planlaşdırmır.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

"Xeyr", - deyə Kremlin sözçüsü suala cavab olaraq bildirib.

Qeyd edək ki, təhlükəsizlik siyasəti üzrə illik Münhen konfransı ənənəvi olaraq fevral ayında keçirilir və dünya liderləri bu forumda ən aktual beynəlxalq problemləri müzakirə edirlər.

Xatırladaq ki, V. Putinin 2007-ci ildə Münhen konfransındakı çıxışı uzun müddət dünya siyasətində "Putinin Münhen çıxışı" kimi yadda qalıb. Həmin çıxışda Putin Rusiyanın Vaşinqtonun "birqütblü dünya" siyasətini qəbul etməməsi və NATO-nun şərqə doğru genişlənməsi təhlükəsi barədə danışmışdı.


Etiketlər:  Putin Münhen konfransında çıxış etməyəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ